Azərbaycanda RSI indeksi kəskin artıb

Azərbaycanda RSI indeksi kəskin artıb
# 19 mart 2013 11:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin fevral ayı üzrə 92,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar indeksindən 22,3 faiz bəndi çoxdur.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin fevralında ümumi pərakəndə dövriyyəsi 1 365,8 mln. manat, yanvarda isə 1 481,7 mln. manat təşkil edib.

Göründüyü kimi, indeksin artmasına baxmayaraq, o, hələ də 100%-dən aşağıdır. İndeksin 100%-dən aşağı olması fevralda pərakəndə ticarətin həcminin yanvarla müqayisədə azalmasını göstərir.

Qeyd edək ki, ümumilikdə, bu il ərzində pərakəndə ticarətdə vəziyyət normaldır. Belə ki, 2012-ci ilin ərzində pərakəndə ticarətin orta aylıq dövriyyəsi 1,463 mlrd. manata bərabər olub. Bu ilin ilk iki ayı üzrə isə bu göstərici 1 423,8 mlrd. manat təşkil edib, yəni azalma cəmi 2,7%-ə olub. Eyni zamanda statistikaya əsasən, yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi illik müqayisədə 8,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR