Azərbaycanda vergi agentləri və transfert qiymətləri haqqında qanunlar hazırlanır

Azərbaycanda vergi agentləri və transfert qiymətləri haqqında qanunlar hazırlanır
# 10 iyun 2013 09:55 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda vergi sahəsində iki yeni qanun layihəsi hazırlanır. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Onun sözlərinə görə, layihələrdən biri transfert qiymətləndirilməsi ilə bağlıdır: «Bu, ölkəmiz üçün yeni və çətin tətbiq olunan sahədir».

Bundan başqa «Vergi agentləri haqqında» qanun layihəsi hazırlanıb. Nazir müavini bildirib ki, yeni qanun ölkədə vergi agentlərinin fəaliyyətini tənzimləyəcək. Onun sözlərinə görə, əslində vergi agentləri qeyri-rəsmi şəkildə indi də fəaliyyət göstərirlər: «Bəzi şəxslər müəyyən ödəniş müqabilində vergi ödəyicilərinə müxtəlif məsələlərdə köməklik edirlər – bura mühasibatlığın aparılması, bəyannamələrin doldurulması, məsləhət və s. məsələlər aiddir. Belə şəxslərin fəaliyyətini rəsmiləşdirmək üçün qanun layihəsi üzərində iş gedir».

Hər iki qanun layihəsi müvafiq dövlət qurumlarına baxılmağa göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR