Bakı. Musa Əhmədov - APA-Economics. "Caspian Development Bank" "Visa Inc." sisteminə üzv olub.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu qərar "Visa"nın iyunun 15-də Sinqapurda keçirilən iclasında qəbul edilib.
Bank müştərilərinə "Visa"nın 7 çeşiddə məhsulunu - “Visa Electron”, “Visa Classic”, “Visa Gold”, “Visa Platinum”, “Visa İnfinite”, “Visa Business”, “Visa Virtual” (internet) kartlarını təklif etməyi nəzərdə tutur.