Azərbaycanın həyat sığortası bazarında ödənişlər 7 dəfədən çox artıb

Azərbaycanın həyat sığortası bazarında ödənişlər 7 dəfədən çox artıb
# 16 sentyabr 2014 08:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanan sığorta haqlarının 24,6%-i və ya 69,8 mln. manatı həyat sığortası üzrə yığımların payına düşüb.

APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 25,2 mln. manat və ya təxminən 56,5% böyüyüb.

Həyat sığortası üzrə yığımların 51,7%-i və ya 36,1 mln. manatı həyatın yaşam sığortasının, 32,1%-i və ya 22,4 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 15,8%-i və ya 11 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 279 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin 8 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 20,4 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərinin 19,7%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 17,7 mln. manat və ya 7,4 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 87,6%-i və ya 17,8 mln. manatı həyatın yaşam sığortasının, 9,15%-i və ya 1,87 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 3,22%- və ya 658 min manatı həyatın ölüm halından sığortasının, cəmi 12500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 29,2 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-avqust aylarında bu göstərici 6,2 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR