Azərbaycanın iqtisadi potensialı 2020-ci ilədək iki dəfə artırılacaq

Azərbaycanın iqtisadi potensialı 2020-ci ilədək iki dəfə artırılacaq
# 03 iyun 2013 08:03 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. «Azərbaycan 2020: Gələcəyə baxış» konsepsiyası çərçivəsində ölkənin iqtisadi potensialının 2020-ci ilədək iki dəfə artırılması nəzərdə tutulur ki, bu prosesdə İKT sektoruna böyük rol ayrılıb. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Ə.Abbasovun sözlərinə görə, bu dövrdə İKT sektorunun 4-4,5 dəfə artımı nəzərdə tutulur. Bununla bağlı əlverişli iqtisadi mühitin yaradılması, bu sahəyə investisiya axınının təmin olunması və insan kapitalının inkişaf etdirilməsi planlaşdırılır. Nazir qeyd edib ki, artıq bu istiqamətdə işlərə başlanılıb: «Azərbaycanda texnoparklar şəbəkəsi yaradılır, bu sahəyə investisiya dəstəyinin verilməsi üçün İKT Fondu fəaliyyətə başlayıb. İKT universitetinin işə düşməsinə isə hazırlıq gedir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR