Azərbaycanın sığorta sektorunda ilk vahid inteqrasiya olunmuş ödəmə sistemi tətbiq olunub

Azərbaycanın sığorta sektorunda ilk vahid inteqrasiya olunmuş ödəmə sistemi tətbiq olunub
# 11 sentyabr 2014 08:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “MilliKart” və “AXA MBASK”ın əməkdaşlığı nəticəsində Azərbaycan sığorta sektorunda ilk vahid inteqrasiya olunmuş ödəmə sistemi tətbiq olunub.

Sığorta şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu sistemin “MilliKart” tərəfindən indiyə qədər təklif edilən e-commerce həllərindən fərqi budur ki, bütün “AXA MBASK” agentləri onlayn rejimdə işlədikləri sistemin üzərindən hər hansı sığorta şəhadətnaməsini hazırladıqda, sistemi tərk etmədən müştərinin hər hansı bank kartı vasitəsilə ödəməni həyata keçirə biləcəklər.

Artıq “AXA MBASK” müştərilərinə bütün mövcud ödəmə üsullarından - nağd, nağdsız - istifadə etməyə imkan verəcək ki, bu da öz növbəsində müştərilərin loyallığının artmasına və müştəri məmnuniyyətinin daha yeni səviyyəyə keçməsinə gətirib çıxaracaq.


Qeyd edək ki, “AXA MBASK” həm “Millikart” şəbəkəsində xidmət olunan bankların, həm də şəbəkənin xaricində olan bütün bankların kartlarını qəbul edə biləcək.

Xatırladaq ki, “AXA MBASK” SŞ 2010-cu ildən başlayaraq AXA Qrupun beynəlxalq standartlarının Azərbaycanın sığorta bazarında tətbiq edilməsinə başlayıb. Sığorta agentliklərin şəbəkəsi vasitəsilə satışın inkişafı planını həyata keçirərək qısa bir müddətdə Azərbaycanın bütün regionlarında sığorta polislərinin satışı ilə məşğul olan, fiziki və hüquqi şəxslər, eləcə də maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə fəaliyyət göstərən 80-ə yaxın sığorta məntəqəsi açılıb.

Avropa standartlarına uyğun xidmət keyfiyyəti, həmçinin ödənişlərin zamanında və bütöv şəkildə həyata keçirilməsi qısa bir müddətdə şirkətin “İlin sığorta şirkəti” kimi beş beynəlxalq və milli mükafatlara layiq görülməsinə rəvac verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR