Azərbaycanın yeni lizinq şirkəti istiqraz emissiyasına hazırlaşır

Azərbaycanın yeni lizinq şirkəti istiqraz emissiyasına hazırlaşır
# 30 avqust 2013 10:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Vestmark Financial Leasing Investment Company» ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 2 min ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək.

Sözügedən istiqrazların tədavül müddəti 720 gün, faiz ödəniş dövrünün müddəti 90 gün, istiqraz üzrə gəlirlik isə illik 14% təşkil edir. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək.

Qeyd edək ki, «Vestmark Financial Leasing Investment Company» şirkəti bu ilin mart ayında yaradılıb və lizinq sahəsində fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR