Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi rekord həddə çatıb
# 15 sentyabr 2014 11:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi rekord həddə - 3,6 mlrd. ABŞ dollara çatıb.

APA-Economics” Rusiyanın “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı Hökumətlərarası Komissiyasının XXIV iclasında Rusiyanın baş nazirinin birinci müavini Dmitri Roqozin deyib.

D. Roqozinin sözlərinə görə, bu göstərici 2012-ci illə müqayisədə 5% artım deməkdir. “Bu da yaxşı göstəricidir. Cari ilin yanvar-iyul aylarında da bu müsbət tendensiya davam edib. Rusiya hökumətinin göstəricilərinə görə, hesabat dövründə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,9%-2% artaraq 2 mlrd. 200 mln. dollar təşkil edib”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR