Bakı Fond Birjası nizamnamə kapitalını artırır

Bakı Fond Birjası nizamnamə kapitalını artırır
# 19 avqust 2013 06:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bakı Fond Birjası» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.


QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 300 ədəd, emissiyanın ümumi həcmi isə 60 min manat təşkil edir. Səhmlər qapalı şəkildə yerləşdiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra Fondun nizamnamə kapitalı 5% artaraq 1,260 mln. manata çatacaq.

Qeyd edək ki, «Bakı Fond Birjası» QSC 2000-ci ildən fəaliyyət göstərir. Hazırda Birjanın 18 səhmdarı mövcuddur. QSC-nin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR