Bakı Fond Birjasının dövriyyəsi 40% azalıb

Bakı Fond Birjasının dövriyyəsi 40% azalıb
# 05 sentyabr 2013 13:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 4,559 mlrd. manat təşkil edib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 39,7% azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 2 dəfə artaraq 785,861 mln. manat təşkil edib.

Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 2,2 dəfə artaraq 83,334 mln. manat, təkrar bazarın həcmi isə 76,8% artaraq 396,612 mln. manat təşkil edib. Səhm bazarına gəldikdə, hesabat dövründə səhmlərin ilkin bazarı 2,2 dəfə, təkrar bazarı isə 2 dəfə artıb.

Bu ilin 8 ayında BFB-nin dövriyyəsinin mənfi dinamikasına dövlət qiymətli kağızları (DQK) bazarı, əsasən də notlar üzrə repo əməliyyatları və notların ilkin bazarı səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının notlarının ilkin bazarının həcmi 2012-ci ilin analoji dövrünə nisbətən 3,3 dəfə azalıb. Notların təkrar bazarı isə 3,5 dəfə artıb. Eyni zamanda hesabat dövründə notlar üzrə repo əməliyyatları 1,9 dəfə azalaraq 3,435 mln. manat təşkil edib.

Yanvar-avqust aylarında dövlət istiqrazlarının (Dİ) ilkin bazarı 8,7% azalaraq 61,803 mln. manat, təkrar bazarı isə 38,7% artaraq 12,949 mln. manat təşkil edib. Ümumiyyətlə, hesabat dövründə DQK bazarı hesabat dövründə 1,9 dəfə azalaraq 3,773 mlrd. manat olub.

BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

2013 (31.08.13)

2012 (31.08.12)

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AR MN) – (yerləşdirmə)

61 803 101,77

37

67 733 542,77

29

+8,7%

Dİ (AR MN) –

(təkrar bazar)

12 949 227,52

4

9 334 451,92

7

+38,7%

Notlar (AR MB) – (yerləşdirmə)

219 897 013,45

83

715 179 262,24

173

-3,3 dəfə

Notlar (AR MB) –

(təkrar bazar)

43 955 612,02

4

12 486 939,02

8

+3,5 dəfə

Repo əməliyyatları

3 434 774 077,58

353

6 348 180 243,46

839

-1,9 dəfə

DQK bazarı cəmi

3 773 379 032,34

481

7 152 914 439,41

1 056

-1,9 dəfə

Korporativ istiqrazlar – (yerləşdirmə)

83 333 524,60

59

37 341 335,00

66

+2,2 dəfə

Korporativ istiqrazlar – (təkrar bazar)

396 611 996,93

130

224 281 573,42

74

+76,8%

Səhmlər – (yerləşdirmə)

291 808 611,69

261

131 322 181,67

110

+2,2 dəfə

Səhmlər – (təkrar bazar)

14 107 252,28

2 673

6 911 606,95

2 257

+2,0 dəfə

KQK bazarı cəmi

785 861 385,50

3 123

399 856 697,04

2 507

+2,0 dəfə

Cəmi

4 559 240 417,84

3 604

7 552 771 136,45

3 563

-39,7%

Dİ – dövlət istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR