Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilir

Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilir
# 15 sentyabr 2014 10:57 (UTC +04:00)

APA-Economics” Rusiyanın “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, iclas Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və onun rusiyalı həmkarı Dmitri Roqozinin rəhbərliyi ilə baş tutur.

İclas çərçivəsində tərəflər iqtisadi əməkdaşlığı genişləndirilmək qərarına gəlib.

Azərbaycanın baş nazirinin birinci müavini qeyd edib ki, hökumətlərarası komissiyanın iclası ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına böyük təkan verəcək.

Y. Eyyubov əlavə edib ki, D. Roqozinin rəhbərlik etdiyi nümayəndə heyəti iclasdan öncə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Rusiyanın baş nazirinin birinci müavini Dmitri Roqozin isə çıxışında bildirib ki, son zamanlar Azərbaycan məhsullarının qonşu ölkə bazarlarına ixracı xeyli artıb.

“Bizim bazarlarda Azərbaycan məhsullarına tələbat böyükdür”, - deyə o qeyd edib.

D. Roqozin vurğulayıb ki, hər iki ölkənin şirkətləri birgə müəssisələrin yaradılmasına ciddi önəm verməlidir: “Birgə müəssisələr iqtisadiyyatın bir neçə sahəsini əhatə edə bilər. Məsələn, kənd təsərrüfatı məhsullarının emalı, energetika, sənayenin digər sahələrində əməkdaşlığımız böyük perspektivləri var”, - deyə o bildirib.

Rusiyanın baş nazirinin birinci müavini qeyd edib ki, son illər ərzində Azərbaycan istehsal sahəsində çox böyük sıçrayış edib. “Biz Azərbaycanın bu nailiyyətinə çox sevinirik. Bu sahədə də birgə səylərimizi cəm edə bilərik”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR