Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi açılıb - FOTOSESSİYA - VİDEO

Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi açılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2015 09:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) Regional Ofisinin açılışı baş tutub.

APA-Economics”in məlumatına görə, açılış mərasimində jurnalistlərə açıqlama verən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, İNCU-nun üzvləri alimlər, gömrük əməkdaşlarıdır və s. "Ümumiyyətlə, İNCU bu ilin fevral ayında 10 illiyini qeyd edib. Təşkilatın əsas məqsədi gömrük sahəsində araşdırmaların aparılmasıdır”.

İNCU-nun rəhbəri, dünyaca tanınmış alim və Kanberra Universitetinin professoru Devid Uidelson isə bildirib ki, İNCU-nun 200-dən artıq üzvü var.

O, əlavə edib ki, qurumun Bakıda regional ofisinin açılması üzərində işlər bir neçə il aparılıb: “Bir neçə gömrük administrasiyaları ilə aparılan danışıqlardan sonra qərara aldıq ki, gömrük sahəsində təhsilə ən çox önəm verən administrasiyalardan biri Azərbaycan Dövlət Gömrük Komitəsidir. Azərbaycan mədəniyyətə və təhsilə olduqca böyük önəm göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR