Bu il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1%-dən çox artıb

Bu il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1%-dən çox artıb
# 18 iyun 2016 09:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% artaraq 2 768,1 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, artımın 64,7%-ni hüquqi şəxslər təmin edib və onlar tərəfindən əhaliyə 2 040,6 mln. manatlıq xidmət göstərilib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisini 1,2% üstələyib.

Bu ilin yanvar-may ayları ərzində hər bir ölkə sakini orta hesabla 288,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR