Bu ilin I yarımilliyində Vergilər Nazirliyinin xətti ilə büdcəyə 3,6 mlrd. manat vəsait daxil olub

Bu ilin I yarımilliyində Vergilər Nazirliyinin xətti ilə büdcəyə 3,6 mlrd. manat vəsait daxil olub
# 09 iyul 2014 07:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 mlrd. 593 mln. 835 min manat təşkil edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 32,9%-i mənfəət vergisinin, 28,3%-i əlavə dəyər vergisinin, 12,8%-i fiziki şəxslərin gəlir vergisinin, 10,4%-i aksizlərin, 15,6%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 mlrd. 51 mln. 396,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.

I yarım il ərzində respublika üzrə 42 681 vergi ödəyicisi qeydiyyata alınıb, 1 iyul 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 935 minə çatıb.

2014-cü ilin yanvar-iyun ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,9% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR