Bu ilin sonunadək Azərbaycanda sığorta bazarının 9%-dək artacağı gözlənilir

Bu ilin sonunadək Azərbaycanda sığorta bazarının 9%-dək artacağı gözlənilir
# 17 sentyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə Azərbaycanın sığorta bazarının artımının 6-9% olacağı gözlənilir.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında sığorta yığımlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 6,6%, sığorta ödənişləri isə 33% artıb.

ASA sədri bildirib ki, ödənişlərin artım sürəti yığımları təqribən 6 dəfə üstələyir. “Bu, yaxşı rəqəmdir. Bəzən sığorta şirkətlərinin ödəniş vermədiyi deyilsə də, 103 mln. manat az deyil", - deyə o vurğulayıb.

O. Bayramov əlavə edib ki, bazarda artım dinamikasının əsasında həyat sığortası şirkətləri dayanır: “Həyat sığortası ilə məşğul olan şirkətlərdə ödənişlər də kəskin artıb. Bunun səbəbi onların uzun müddətli müqavilələr bağlamasıdır. Müqavilələrin müddəti başa çatdıqca, nəzərdə tutulan ödəmələr həyata keçirilir".

Qeyd edək ki, artıq “Atəşgah həyat” sığorta şirkəti belə ödənişlər həyata keçirib. Bir neçə aydan sonra “PAŞA Həyat” və “Qala Həyat” sığorta şirkətləri də belə ödənişlər edəcək.

Həyat sığortası bazarında sürətli artımın olduğunu söyləyən O. Bayramovun fikrincə, bu tendensiya 2015-cı ilin ortalarına qədər davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR