Canet Yellenin çıxışından öncə dollar bahalaşır

Canet Yellenin çıxışından öncə dollar bahalaşır
# 29 mart 2016 09:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. ABŞ dollarının avroya qarşı məzənnəsi bir qədər möhkəmlənib.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, dolların məzənnəsinin möhkəmlənməsinə bazar iştirakçılarının Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin yumşaq pul-kredit siyasətini saxlayacağı ilə bağlı gözləntiləri səbəb olub.

C. Yellen bu gün Nyu-York İqtisadi Klubunda çıxış edəcək.

Nyu-York birjasında ötən gün 1 avro 1,1196 dollara dəyişdirilirdisə, hazırda Avrozonanın vahid valyutası 1,1185 dollara qədər ucuzlaşıb.

Ticarət əməliyyatları zamanı dollar Yaponiyanın milli valyutasına nəzərən əhəmiyyətli dərəcədə bahalaşıb. Belə ki, ötən gün 1 ABŞ dolları 113,45 ieninə dəyişdirilirdisə, indi bu göstərici 113,61-ə yüksəlib. Bu dövrdə avro 127,02 iendən 127,05 ienədək bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR