Daha bir bank “Elektron Hökumət” portalına qoşulur

Daha bir bank “Elektron Hökumət” portalına qoşulur
# 07 iyul 2014 08:55 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyilar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Bank “BTB”-nin nümayəndələri ilə birgə görüş keçirilib və “Elektron Hökumət” portalı üzərindən vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi layihəsi üzrə birgə əməkdaşlıq edilməsi barədə müzakirələr aparılıb.

MHM-dan “APA-Economics”ə verilən məlumata görə, layihənin təqdimatından sonra birgə əməkdaşlığa dair müqavilə imzalanması qərara alınıb və müqavilənin ilkin layihəsi hazırlanaraq banka təqdim olunub.

Müqavilə şərtlərində səlahiyyətli bank əməkdaşlarına banka müraciət etmiş hər bir müştərinin yazılı razılıq ərizəsi əsasında "Elektron Hökumət” portalı üzərindən “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış” e-xidməti vasitəsilə vətəndaşın seçdiyi dövlət qurumlarının informasiya ehtiyatlarından onun haqqında fərdi məlumatların əldə olunmasına imkan yaradılması nəzərdə tutulur.

Eyni zamanda müştəri özü haqqında fərdi məlumatları “Elektron Hökumət” portalından qeydiyyatdan keçməklə özü formalaşdıraraq banka göndərə biləcəkdir. Fərdi məlumatlar üzrə elektron arayışda vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında məlumatlar, Dövlət Sosial Müdafiə Fondu informasiya sistemlərindən məlumatlar, telefon nömrələri və borcları haqqında məlumatlar, müəllimlər, səhiyyə işçiləri və dövlət qulluğu informasiya sistemlərindən məlumatlar əks olunacaq. Belə ki müştəri kağız daşıyıcısında heç bir sənəd təqdim etməsə belə onun haqqında fərdi məlumatların onun öz razılığı əsasında Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa uyğun qaydada səlahiyyətli bank işçiləri tərəfindən “Elektron hökumət” portalından əldə olunması mümkün olacaq və bu məlumatlar bank tərəfindən hüquqi sənəd kimi qəbul ediləcək.

Həmçinin MHM tərəfindən elektron imza həlləri haqda da geniş məlumat verilmişdir. Belə ki, sənədlərin online imzalama imkanları bank sektorunda kreditlərin online ödənilməsi, online hərracların keçirilməsi kimi bir sıra üstünlüklər vermiş olacaqdır. MHM-nin təqdim texnoloji yeniliklər bank tərəfindən maraqla qarşılanıb və gələcək fəaliyyətdə qarşılıqlı əməkdaşlıq edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR