Depozit hərracında tələb təklifi 3,7 dəfə üstələyib

Depozit hərracında tələb təklifi 3,7 dəfə üstələyib
# 30 oktyabr 2017 09:14 (UTC +04:00)

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən xəbərə görə, tələb 731 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 3,7 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR