DGK sədri Biləsuvarda vətəndaşları qəbul edib

DGK sədri Biləsuvarda vətəndaşları qəbul edib
# 26 yanvar 2018 10:16 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Biləsuvar şəhərində vətəndaşları qəbul edib.

DGK-dan “APA-Economics”ə verilən məlumata görə, komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Biləsuvar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR