Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Ticarət Təşkilatının baş direktoru ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Ticarət Təşkilatının baş direktoru ilə görüşüb
# 01 iyul 2014 13:45 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə R. Azevedo Azərbaycan gömrük xidmətinin dünya gömrük ailəsində qabaqcıl yer tutduğunu nəzərə çatdıraraq Azərbaycan gömrükçülərinin fəaliyyətinin hər zaman yüksək qiymətləndirildiyini bildirib.

R. Azevedo bu ilin mayında Bakı şəhərində “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda keçirilən ilk qlobal konfransın təşkilinə görə Azərbaycan gömrük xidmətinə minnətdarlığını bildirib, eləcə də konfransın əhəmiyyətinə toxunaraq onun nəticələrinin gömrük orqanlarının gələcək fəaliyyəti üçün əhəmiyyətli olacağına əminliyini ifadə edib.

A. Əliyev isə qeyd edib ki, Azərbaycan gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini vəzifəsini icra etməklə təşkilatın fəaliyyətinə öz töhfəsini verməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR