Dünya Bankı: 2020-ci ilədək Azərbaycanda iqtisadi artım 2,6% təşkil edəcək

Dünya Bankı: 2020-ci ilədək Azərbaycanda iqtisadi artım 2,6% təşkil edəcək
# 10 yanvar 2018 08:11 (UTC +04:00)

“2018-2020-ci illərdə Azərbaycanda iqtisadi artım 2,6% təşkil edəcək”.

Bu barədə “APA-Economics” Dünya Bankının (DB) yaydığı “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkədə zəif templə də olsa iqtisadi geriləmə qeydə alınıb. Dünya bazarında 2014-2016-cı illərdə neft qiymətlərinin aşağı düşməsi ölkə iqtisadiyyatına təsir edib, bank sektorunda problemlər yaradıb. Buna baxmayaraq, neft sektorunda artım müşahidə olunur, investisiyaların həcmi böyüyür”, - deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, hesabat müəllifləri 2018-ci ildə Azərbaycanda ÜDM-in 0,9% proqnozlaşdırır. DB daha öncəki hesabatında buna əsas səbəb kimi "Şahdəniz-2" layihəsinin işə düşməsini göstərib. 2019-cu ildə isə ÜDM-in 1,5% artacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR