Elman Mehdiyev: “Ötən ilin 6 ayı ilə müqayisədə dövlət büdcəsindən ayrılan transfertin həcmi 18 milyon manat azalıb”

Elman Mehdiyev: “Ötən ilin 6 ayı ilə müqayisədə dövlət büdcəsindən ayrılan transfertin həcmi 18 milyon manat azalıb”
# 07 avqust 2015 09:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Hazırda Azərbaycanın sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial-sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır.

Dövlət Sosial Müdafiə Fondundan “APA-Economics”ə verilən məlumata görə, bunu fondun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, ödənilən pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir ki, bu xərclərin illik məbləği təqribən 1,5 mlrd. manatdır: “Dövlət büdcəsindən ayrılan illik transfertin həcmi isə 1,1 mlrd. manat olmaqla həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir”.

E.Mehdiyev cari ilin yanvar-iyun aylarında fondun sosial sığorta gəlirlərinin artığını diqqətə çatdırıb: “Fondun sosial sığorta gəlirləri 8,0 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır. Bu artım dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR