Fevralda 4600 vergi ödəyicisində pozuntu aşkarlanıb

Fevralda 4600 vergi ödəyicisində pozuntu aşkarlanıb
# 09 mart 2013 08:47 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin fevral ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4591 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, pozuntuların 2607-si nağd hesablaşmaların aparılması qaydalarının pozulmasına, 598-i qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunması, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satılması və ya dəyişdirilməsinə, 182-si vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərməsinə, 525-i vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olmasına aiddir.

Operativ nəzarət tədbirləri zamanı 507 vergi ödəyicisi tərəfindən 1600 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 1004 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 32 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 199 ədəd mal olduğu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR