Hesabat: Dünyada kölgə bank sisteminin həcmi 67 trln. dollara çatıb

Hesabat: Dünyada kölgə bank sisteminin həcmi 67 trln. dollara çatıb
# 19 noyabr 2012 13:48 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə «Businessweek» həftəliyi Maliyyə Sabitliyi Bürosuna istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, yaranmış vəziyyət nəticəsində dünyanın maliyyə bazarı tənzimləyiciləri ənənəvi nəzarət çərçivəsindən kənara çıxan maliyyə əməliyyatlarına daha yaxşı nəzarət etməyə məcbur edir.

Maliyyə Sabitliyi Bürosunun məlumatına əsasən, kölgə bank sisteminə pul bazarına istiqamətlənmiş fondlar, dar çərçivədə fəaliyyət göstərən sığorta şirkətləri, balansdankənar investisiya strukturları aiddir. Hesabatda deyilir ki, kölgə bank sistemi maliyyə bazarı üçün risklər yarada və bazar üçün ciddi nəticələrə səbəb ola bilər.

Bazar tənzimləyiciləri və mərkəzi banklardan ibarət olan Maliyyə Sabitliyi Bürosunun məlumatlarına əsasən, 2002-2011-ci illər ərzində kölgə bank sistemi 41 trln. dollar böyüyüb. Bununla yanaşı, ABŞ-da kölgə iqtisadiyyatının həcmi 44%-dən 35%-ə düşüb.

Büro narahatlığını bildirib ki, tənzimləyici orqanlar bu bazarda bağlanan əqdlərə nəzarət edə bilmir: «Nəzarətedici qurumlar qiymətli kağızların maliyyələşdirilməsi və beynəlxalq maliyyə institutları arasında həyata keçirilən repo əməliyyatları üzrə daha çox məlumat toplamalıdır. İri firmalar isə investorlarla əqdlər barədə daha geniş məlumat açıqlamalıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR