Hesablama Palatası bəzi idarə, müəssisə və təşkilatlarda yoxlama aparacaq

Hesablama Palatası bəzi idarə, müəssisə və təşkilatlarda yoxlama aparacaq
# 06 sentyabr 2014 09:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Hesablama Palatası büdcə vəsaitlərinin istifadəsi ilə bağlı bəzi idarə, müəssisə və təşkilatlarda yoxlama aparacaq.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Palatanın saytında məlumat verilir. Palatanın kollegiyası bununla bağlı müvafiq audit proqramını təsdiq edib.

 

Məlumata görə, Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsi, Neftçala rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitlərin, o cümlədən Bakı şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsini yoxlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR