İlin əvvəlindən “Azsığorta” 5,6 mln. manatdan çox sığorta ödənişi edib

İlin əvvəlindən “Azsığorta” 5,6 mln. manatdan çox sığorta ödənişi edib
# 12 sentyabr 2014 13:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin ilk 8 ayında “Azsığorta” şirkəti 5 mln. 615 min 557 manat sığorta ödənişi edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişləri 12,2% artıb.

Təkcə avqust ayında şirkət 1 mln. 28 min 223 manat sığorta ödənişi edib. Ödənişlərin 156 min 139 manatı könüllü sığorta növlərinin, 872 min 084 manatı isə icbari sığorta növlərinin payına düşür.

Sığorta ödənişlərinin 674 min 607 manatı isə avtomobillərin icbarı sığortası üzrə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR