İlin əvvəlindən Azərbaycan 21 mlrd. dollarlıq xarici ticarət əməliyyatları həyata keçirib

İlin əvvəlindən Azərbaycan 21 mlrd. dollarlıq xarici ticarət əməliyyatları həyata keçirib
# 15 sentyabr 2014 14:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 964 583,43 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 9,19% azdır.

Bu ilin 8 ayı ərzində idxal əməliyyatları 5 613 565,77 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 21,29% azdır.

Belə ki, yanvar-avqust aylarında ölkənin ixrac əməliyyatları üzrə 15 351 017,66 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 3,78% azdır.

Nəticədə 9 737 451,89 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR