Son 1 ildə Azərbaycanın sığorta bazarı 7% artıb

Son 1 ildə Azərbaycanın sığorta bazarı 7% artıb
# 16 sentyabr 2014 07:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 283,3 mln. manat sığorta haqqı toplanıb.

APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçıların Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 mln. manat və ya 6,6% çoxdur.

2014-cü ilin 8 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 103,5 mln. manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 25,7 mln. manat və ya 33% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-avqust aylarında 29,3 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR