İlin əvvəlindən Azərbaycanın xarici ticarətdən 14,4 mlrd. dollarlıq müsbət saldosu yaranıb

İlin əvvəlindən Azərbaycanın xarici ticarətdən 14,4 mlrd. dollarlıq müsbət saldosu yaranıb
# 05 sentyabr 2014 10:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın rezidentləri dünyanın 137 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə əmtəə ixrac olunub, 123 ölkədən idxal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-i Asiya ölkələri və digərləridir.

Yeddi ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 24,2 mlrd. ABŞ dolları, o cümlədən ixracın həcmi 19,3 mlrd. dollar, idxalın həcmi 4,9 mlrd. dollar təşkil edib, nəticədə 14,4 mlrd. dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 968,1 mln. dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 102,8 dollara bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR