İran və Azərbaycan elektron gömrük bəyannamələrinin tətbiqinə hazırlaşır

İran və Azərbaycan elektron gömrük bəyannamələrinin tətbiqinə hazırlaşır
# 17 yanvar 2018 14:53 (UTC +04:00)

İran və Azərbaycan ticarət mübadiləsini elektron gömrük bəyannamələrinin tətbiqi ilə həyata keçirəcək.

Bunu APA-ya eksklüziv açıqlamasında İranın Mərkəzi Gömrük İdarəsinin ixracat üzrə ofis rəhbəri Əliəkbər Şamani deyib.

Ə.Şamani deyib ki, Azərbaycan ilə ticarətdə elektron gömrük bəyannamələrinin tətbiqindən sonra ticarət sahəsində əməkdaşlıq sahəsində məlumat mübadiləsi həyata keçiriləcək: “Belə ki, tərəflər qarşılıqlı surətdə gömrük məlumatlarını bir-birlərinə ötürəcək. Bu layihənin böyük hissəsi yerinə yetirilib. Hazırda proses təkmilləşdirilir”.

Ə.Şamani İranda gömrük sahəsində “vahid pəncərə”nin tətbiqi məsələsinə də toxunub.

“Bununla bağlı İranın daxilində elektronlaşdırma işi tam başa çatıb. Bu, idxal, ixrac və tranzit əməliyyatları zamanı gömrük prosedurunun bütövlükdə elektron formada həyata keçirilməsinə səbəb olacaq. Bu da prosedurların sadələşdirilməsi və xərclərin azalmasına yardım edəcək. Bu gün biz ölkədə gömrük prosedurlarının sadələşdirilməsi və ticarət işlərinin asanlaşdırılmasına çalışırıq”.

Qeyd edək ki, ötən ilin yanvarında İran Mərkəzi Gömrük İdarəsi Azərbaycan Respublikası ilə vahid pəncərə prinsipinin istifadəsinə dair sənəd imzalayıb. Bununla yanaşı, Azərbaycanla İran mal və nəqliyyat vasitələrinin buraxılışında “yaşıl dəhliz”dən istifadə ilə bağlı razılığa gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR