İyulda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 6%-ə yaxın azalıb

İyulda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 6%-ə yaxın azalıb
# 04 avqust 2015 13:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,9%, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 12,6 və 2%, həmçinin diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın, noxud dəninin, yaşıl lobyanın, baş kələmin, qarpızın, qovun və yemişin, bibərin, xiyarın, badımcanın, süfrə çuğundurunun, kartofun, baş soğanın istehsalçı qiyməti düşüb, fermentasiya edilməmiş tütünün və yem bitkilərinin istehsalçı qiyməti isə yüksəlib.

Çoxillik bitkilərdən albalının, gilasın, çiyələyin, armudun, böyürtkənin istehsalçı qiyməti artıb, almanın, əriyin, alçanın, gavalının, findığın, qozun, dəfnə yarpağının istehsalçı qiyməti enib.

Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, qoyun və keçilərin yuyulmamış yununun, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti enib, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR