Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə sahibkarlara 9,5 mln manat güzəştli kredit verilib

Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə sahibkarlara 9,5 mln manat güzəştli kredit verilib
# 17 yanvar 2018 08:58 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən ötən il kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 30 rayonunda aqrar sektorda çalışan 57 sahibkara 9 mln. 513,2 min manat məbləğində güzəştli kredit verilib.

APA-Economics” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Zaur Əliyev bildirib.

Z.Əliyevin sözlərinə görə, bunların da 5 068,2 min manatı pambıqçılıq, 2 975,0 min manat heyvandarlıq, 600,0 min manatı kartofçuluq, 570,0 min manatı istixana, 200,0 min manatı bağçılıq, 100,0 min manatı isə un emalı sahələrinə ayrılıb.

“Güzəştli kreditlərin verilməsi nəticəsində 605 daimi və müvəqqəti iş yeri açılıb. Əvvəllər icra edilmiş beynəlxalq layihələrin kredit komponentləri çərçivəsində 2017-ci il ərzində müvəkkil kredit təşkilatları tərəfindən aqrar sektorda çalışan 8 nəfərə 640,0 min manat məbləğində orta və böyük həcmli kreditlər verilib. Verilən güzəştli kreditlər nəticəsində 298 müvəqqəti və daimi iş yeri açılıb”, - deyə rəis müavini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR