Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatının regional iclasında iştirak edir

Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatının regional iclasında iştirak edir
# 13 may 2015 11:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi İsrailin Hayfa şəhərində keçirilən BMÜTT-nin Avropa üzrə Regional Komissiyasının 58-ci iclası və “Turizm təcrübəsinin artırılmasında mobil texnologiyalar” mövzusunda təşkil edilən seminarda iştirak edir.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, BMÜTT-nin baş katibi Taleb Rifai, 27 ölkənin rəhbər şəxsləri və digər nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin müdir müavini Rauf Paşayev təmsil edir.

Sessiyada 2014-2015-ci illət üzrə fəaliyyət planının yerinə yetirilməsi üzrə nəticələr, 2016-2017-ci illər üzrə fəaliyyət planı, BMÜTT-nin Baş Assambleyasının 21-ci Sessiyasına hazırlıq və digər məsələlər müzakirə olunur.

Sessiyanın ardınca keçiriləcək seminarda turizmin inkişafında mobil texnologiyaların rolu, turist cəlb edilməsində və onlarda müsbət təəssüratların yaradılmasında texnoloji yeniliklərdən istifadə, turizmin müxtəlif sahələrdə inkişaf tendensiyaları ilə ayaqlaşması zərurəti və s. məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR