Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi artım perspektivləri pisləşir.
“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının pul siyasəti departamentinin direktoru Azər Ələsgərov deyib.
O bildirib ki, Azərbaycanın 15 ticarət tərəfdaşı üzrə 2014-cü ildə orta iqtisadi artım 1,5% olubsa, cari ildə bu ölkələrdə 0,8%-lik tənəzzül gözlənilir.
“Bu, əsasən Rusiyada iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədardır. Rusiyada cari ildə 3,8%-lik resessiya gözlənilir. Bu şəraitdə bəzi ticarət tərəfdaş ölkələrində beynəlxalq kredit reytinqinin də aşağı düşməsi müşahidə olunur”, - deyə A. Ələsgərov vurğulayıb.