Mərkəzi Bank Azərbaycan manatının yeni dizaynda buraxılacağı barədə məlumatlara aydınlıq gətirib - RƏSMİ AÇIQLAMA - VİDEO

Mərkəzi Bank Azərbaycan manatının yeni dizaynda buraxılacağı barədə məlumatlara aydınlıq gətirib - <span style="color: red;">RƏSMİ AÇIQLAMA  - <span style="color: red;">VİDEO
# 15 avqust 2013 09:28 (UTC +04:00)

Bankdan “APA-Economics”ə daxil olan açıqlamada deyilir ki, sosial şəbəkələrdə üzərində Azərbaycanın mütəfəkkirlərinin, tanınmış dövlət və elm xadimlərinin əksi olan 1, 5, 10, 20, 50, 100 manatlıq əsginasların fotosu yayılıb.

“Bu şəkillər milli valyutamız olan manatın yeni dizaynda tərtibatı kimi təqdim edilərək ictimaiyyətdə yanlış məlumatların yayılmasına səbəb olur və çaşqınlıq yaradır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, bu məlumatlar heç bir reallığı əks etdirmir və bu şəkillər qeyri-müəyyən şəxslərin təxəyyülünün məhsuludur.

Mərkəzi Bank tərəfindən göstərilən dizaynda əsginasların tədavülə buraxılması planlaşdırılmır”, - deyə Mərkəzi Bankın məlumatında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR