Mərkəzi Bankda “Ödəniş xidmətləri haqqında” qanun layihəsi müzakirə olunub - FOTO

Mərkəzi Bankda “Ödəniş xidmətləri haqqında” qanun layihəsi müzakirə olunub - <span style="color: red;">FOTO
# 19 sentyabr 2013 15:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankında ölkədə nağdsız hesablaşmaların inkişafı, bütün ödəniş xidməti təchizatçılarının fəaliyyətinin və elektron pulun emissiyasının hüquqi bazasının yaradılması, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məqsədi ilə hazırlanmış “Ödəniş xidmətləri haqqında” qanun layihəsinin bank ictimaiyyəti ilə geniş müzakirəsi təşkil edilib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, müzakirələr zamanı qanun layihəsinin məqsəd və predmeti, ödəniş xidməti təchizatçıları və ödəniş xidmətləri növlərinin təsnifatı, ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin qarşılıqlı hüquq və vəzifələri, ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında məlumat verilərək bu sahədə mövcud beynəlxalq təcrübə açıqlanıb.

Məlumatda deyilir ki, Mərkəzi Bank tərəfindən hazırlanmış “Ödəniş xidmətləri haqqında” qanun layihəsi ölkədə nağdsız hesablaşmaların və ödəniş xidməti bazarının inkişafı baxımından pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunması, ödəniş xidməti bazarında rəqabət mühitinin gücləndirilməsi, üçüncü tərəfin xeyrinə ödənişləri nağd formada qəbul edən təşkilatların və pulköçürmə sistemlərinin fəaliyyətinin tənzimlənməsi, elektron pul və birbaşa debetləşmə kimi yeni ödəniş alətlərinin tətbiqi, habelə ödəniş xidmətləri üzrə tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR