Naxçıvanda «Beynəlxalq mühasibat uçotunun əsasları» mövzusunda təlimlər başlanıb

Naxçıvanda «Beynəlxalq mühasibat uçotunun əsasları» mövzusunda təlimlər başlanıb
# 03 iyun 2013 13:19 (UTC +04:00)

Bakı – APA-Economics. Maliyyə Nazirliyi dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən, eləcə də büdcə və maliyyə yardımı alan təşkilatların mühasibatlıq işçiləri üçün «Beynəlxalq mühasibat uçotunun əsasları» mövzusunda təlimlərə start verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Naxçıvan MR-da keçirilən təlimlərin məqsədi yerli mühasibatlıq işçilərinə yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərin aşılanması, eləcə də onlara praktiki köməklik göstərilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR