Bankların Naxçıvan DGK-nin reyestrinə daxil edilməsi üçün 2 min manat alınacaq

Bankların Naxçıvan DGK-nin reyestrinə daxil edilməsi üçün 2 min manat alınacaq
# 20 may 2016 15:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının məbləğini təsdiq edib.

APA-nın məlumatına görə, qərara əsasən bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə 2 min manat məbləğində gömrük yığımı alınacaq.

Bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının hesablanması Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən bankların və bank olmayan kredit təşkilatlarının reyestrə daxil edilməsi haqqında qərar qəbul edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir. Bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR