Bakı. Musa Əhmədov – APA-Economics. Naxçıvan Muxtar Respublikasında toplanmış sığorta haqlarının məbləği artıb.
“APA-Economics”in məlumatına görə, bu ilin yanvar-fevral ayları ərzində muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 792,6 min manat təşkil edib.
Məlumata əsasən, bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2% çoxdur.