Nazirlik Sumqayıtda səyyar şəkildə protez-ortopedik bərpa xidməti təşkil edəcək

Nazirlik Sumqayıtda səyyar şəkildə protez-ortopedik bərpa xidməti təşkil edəcək
# 10 avqust 2015 08:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Sumqayıtda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada iki gün ərzində, yəni avqustun 11-12-də saat 9:00-dan 18:00-dək nazirliyin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində (Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 40) əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin edəcək.

Səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, Sumqayıt şəhərində yaşayan və protez-ortopedik məmulatlara, müxtəlif reabilitasiya vasitələrinə ehtiyac duyan digər şəxslər də göstərilən vaxtda və ünvanda səyyar briqadaya müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR