Ötən ay avtomobillərin icbari sığortası üzrə 72,8 mindən çox sığorta müqaviləsi bağlanıb

Ötən ay avtomobillərin icbari sığortası üzrə 72,8 mindən çox sığorta müqaviləsi bağlanıb
# 03 avqust 2013 08:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyul ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 72,8 mindən çox sığorta müqaviləsi bağlanıb.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, bunların 23,1 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.

Bu ilin iyul ayı ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 5,6 milyon manatdan çox olub. Bu ilin iyun ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,9%, sığorta haqlarının məbləğində isə 7,2% artım müşahidə edilib. 2012-ci ilin iyul ayı ilə müqayisədə isə sığorta müqavilələrinin sayında 1,9%, sığorta haqlarının məbləğində 6,7% azalma müşahidə edilib.

Cari ilin iyul ayında orta sığorta haqqı 77,0 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR