Ötən ay Azərbaycandan Gürcüstana 1,4 mln. dollar köçürülüb

Ötən ay Azərbaycandan Gürcüstana 1,4 mln. dollar köçürülüb
# 15 fevral 2018 09:45 (UTC +04:00)

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 394 min dollar köçürülüb.

APA-nın Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, bu məbləğ 2017-cı ilin yanvar ayı ilə müqayisədə 8,1% çoxdur.

Yanvar ayında Gürcüstandan Azərbaycana isə 756,2 min dollar köçürülüb.

Ötən ay Gürcüstana xarici ölkələrdən ümumilikdə 110 mln. dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisindən 31,1% çoxdur. Gürcüstana yanvar ayında ən çox pul köçürmələri 30,9 mln. dollar olmaqla Rusiyadan daxil olub.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Azərbaycandan Gürcüstana 1 mln. 519,4 min dollar köçürülüb. Bu məbləğ ötən ilin noyabr ayı ilə müqayisədə 45,7 min dollar və ya 2,92% azdır. Ötən ilin yanvar-dekabr ayları ərzində isə Azərbaycandan Gürcüstana ümumilikdə 15,643 mln. dollar köçürülüb.

Ötən ilin sonuncu ayında Gürcüstandan Azərbaycana pul köçürmələrində isə artım qeydə alınıb. Belə ki, 2017-ci ilin dekabrında qonşu ölkədən Azərbaycana 1 mln. 59,8 min dollar köçürülüb ki, bu da noyabr ayı ilə müqayisədə 152,7 mln. dollar və ya 16,83% çoxdur. Bütövlükdə ötən il Gürcüstandan Azərbaycana 9 mln. 809,7 min dollar göndərilib. 2017-ci ilin dekabr ayında xarici ölkələrdən Gürcüstana pul köçürmələrinin ümumi həcmi 138,4 mln. dollar təşkil edib ki, bu da 2016-cı ilin analoji göstəricisindən 19,399 mln. dollar və ya 16,34% çoxdur.

Ötən ilin sonuncu ayında Gürcüstana ən çox pul köçürmələri Rusiyadan daxil olub. 2017-ci ilin dekabrında bu ölkədən Gürcüstana 45 mln. dollar köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR