Ötən il dövlət büdcəsinə divindend ödəməyən Beynəlxalq Bankın ümidsiz aktivləri üçqat artıb

Ötən il dövlət büdcəsinə divindend ödəməyən Beynəlxalq Bankın ümidsiz aktivləri üçqat artıb
# 23 may 2016 13:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2013-2014-cü illərdə olduğu kimi, 2015-ci ilin proqnoz göstəricilərində də nizamnamə kapitalında 54,9% (352 473,9 min manat) dövlətin payı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) üzrə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulmayıb.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

ABB-nin təqdim olunmuş illik hesabatları üzrə aparılmış təhlillərə görə qeyd etmək olar ki, hesabat ilinin sonunda yaranmış zərərin başlıca səbəbi digər qeyri-maliyyə təşkilatlarında olduğu kimi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar təşkil edir. Belə ki, 2014-cü ildə ümumilikdə aktivlər üzrə yaradılmış xüsusi ehtiyatın məbləği 126,6 mln. manat olduğu halda, bu rəqəm 2015-ci ildə 71,7 mln. manat və ya 56,6% artaraq 198,3 mln. manat təşkil edib.

Qeyd edək ki, risk dərəcələri üzrə aktivlərin təsnifləşdirilməsi üzrə hesabat ilində ümidsiz aktivlərin həcmində artım (535,9 mln. manat və ya 3,1 dəfə) müşahidə olunub ki, bu da öz növbəsində adıçəkilən aktivlər üzrə (Banklararası depozitlər və kreditlər daxil olmaqla 15,5 mln. manat və ya 85%, overdraft daxil olmaqla müştərilərə verilmiş kreditlər 35,2 mln. manat və ya 59%, qiymətli kağızlara investisiyalar 316,5 mln. manat və ya 100% alınması nəzərdə tutulan hesablanmış faizlər 168,6 mln. manat və ya 94% artım) 100% ehtiyatın yaradılması ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR