Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda istiqraz emissiyasına hazırlaşır

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda istiqraz emissiyasına hazırlaşır
# 20 iyun 2013 12:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın maliyyə bazarından vəsait cəlb etmək niyyətindədir. Bu məqsədlə Bank ölkənin fond bazarında istiqraz emissiya etmək fikrindədir. «APA-Economics»in məlumatına görə, bu barədə QDTİB-in prezidenti Andrey Kondakov bildirib.

Onun sözlərinə görə, hazırda QDTİB Rusiya bazarında ümumi həcmi 10 mlrd. rubl və tədavül müddəti 3-5 il təşkil edəcək (potensial investorlarla məsləhətləşmə əsasında) istiqraz emissiyasına dair razılıq əldə edib: «Ötən ilin avqust ayında biz İsveçrə bazarında istiqrazlarımızı yerləşdirmişik. İlk öncə bu bazarda 100 mln. İsveçrə frankı məbləğində istiqraz emissiya etməyi planlaşdırmışdıq. Lakin nəticədə emissiyanın həcmi LIBOR+250 baza bəndi dərəcəsi ilə 200 mln. frank təşkil edib».

Azərbaycan fond bazarında istiqraz emissiyasına gəldikdə, A.Kondakov qeyd edib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR