Ramazan bayramı ərəfəsində “Bank of Baku” “Bolkart” sahibləri üçün sərfəli alış-veriş kampaniyası elan edib

Ramazan bayramı ərəfəsində “Bank of Baku” “Bolkart” sahibləri üçün sərfəli alış-veriş kampaniyası elan edib
# 24 iyul 2014 11:59 (UTC +04:00)

Bakı. APA-Economics. Ramazan bayramı ərəfəsində “Bank of Baku” “Bolkart” sahibləri üçün sərfəli alış-veriş kampaniyası elan edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 24-28 iyul 2014-cü il tarixlərində “Bolkart” şəbəkəsinə aid supermarketlərdə alış-veriş etmiş kart sahibləri avqustda deyil, sentyabr ayında ödəniş imkanı qazanacaqlar. Beləliklə, “Bolkart” sahibləri ödənişlərini 2 ay sonra etmiş olacaq.

Bu kampaniyadan faydalanan “Bolkart” sahibləri bayram süfrələrini min bir ləziz ərzaq və məhsulla bəzəyə bilərlər. “Bolkart”ın keçərli olduğu supermarketlər geniş və keyfiyyətli məhsul çeşidləri ilə fərqlənir.

“Bolkart” şəbəkəsinə aid supermarketlərin siyahısı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: http://www.bolkart.az/?/az/stores/

Bu gün yüz minlərlə Azərbaycan vətəndaşı “Bolkart”dan gündəlik istifadə edir.

“Bolkartın” onlayn sifarişi: http://bolkart.az/#openorder

Ətraflı məlumat: www.facebook.com/Bolkart

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR