SAM-ın şöbə müdiri Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edəcək

SAM-ın şöbə müdiri Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edəcək
# 20 noyabr 2012 12:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlı nüfuzlu “Financial Times” dərgisinin dəvəti ilə beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 22-də Türkiyəyə səfər edəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, Vüsal Qasımlı “Avropanın yeni BRİC ölkələrinə investisiya qoyması” adlanan paneldə «Azərbaycanın Türkiyədə investisiya siyasəti» mövzusunda çıxış edəcək.

Konfransda Türkiyə baş Nazirinin müavini Əli Babacan, Türkiyənin maliyyə naziri Mehmet Şimşek, “Financial Times” dərgisinin redaktoru David Gardner, “TAV Airports”un prezidenti Mustafa Sani Şener, “Morgan Stanley”in regional direktoru Tevfik Aksoy, ISPAT-ın prezidenti İlker Ayci, “Akbank”ın baş direktoru Hakan Binbaşgil, HSBC bankının regional direktoru Murat Ulgen və başqa qonaqlar məruzə edəcəklər.

Tədbirdə Türkiyədə biznes qurmaq imkanları və çətinliklərini müzakirə etmək üçün maliyyə strategiyası mütəxəssisləri və beynəlxalq təşkilatların top menecerləri də daxil olmaqla, Türkiyə və xarici ölkələrin dövlət və özəl sektorundan olan 200-dən çox nümayəndə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR