Tütün istehsal edən əsas şirkətlərdən biri emal gücünün artırılması məqsədilə tender elan edib

Tütün istehsal edən əsas şirkətlərdən biri emal gücünün artırılması məqsədilə tender elan edib
# 16 yanvar 2018 21:15 (UTC +04:00)

“İnterTobacco” MMC tütün istehsalı və emalı gücünün artırılması üçün tutumu 9 ton olan 120 ədəd yaşıl tütün qurutma kameralarının satınalınması məqsədilə açıq tender elan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə,tenderdə iştirak haqqı 200 manatdır. Müvafiq avadanlıqların istehsalı və ya satışı sahəsində geniş təcrübəyə və madditexniki bazaya malik olan hüquqi şəxslər tenderdə iştirak edə bilərlər. Tenderdə iştirak etmək üçün iddiaçılar müvafiq sənədləri 5 mart 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə 12 mart 2018-ci il saat 17:00-a qədər sözügedən şirkətə təqdim etməlidirlər.

İddiaçının tender təklifindəki qiymət malların qiymət dəyərindən başqa, nəqliyyat, ƏDV, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.

İddiaçıların təklifləri 13 mart 2018-ci il saat 11:00-da açılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR