Bu ilin noyabrın 13-17-dək Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda səfərdə olan Ukraynanın baş nazirinin müavini Stepan Kubiv bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər müəyyən olunub.
Baş nazirin müavini bildirib ki, ölkə başçısı Petro Poroşenko Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərə dəvət edib: "Mən dəvəti aidiyyəti üzrə çatdırdım. Səfər cari ilin sonunadək baş tuta bilər".