Vergilər naziri Fazil Məmmədov Şirvanda vətəndaşları qəbul edəcək

Vergilər naziri Fazil Məmmədov Şirvanda vətəndaşları qəbul edəcək
# 20 avqust 2013 10:47 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Vergilər naziri Fazil Məmmədov avqustun 23-də Şirvanda 5 saylı Ərazi Vergilər İdarəsində vətəndaşlarla görüşəcək. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazir vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR