Yanvar-may aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9,3 mlrd. dolları ötüb

Yanvar-may aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9,3 mlrd. dolları ötüb
# 17 iyun 2015 08:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9 mlrd. 349 mln. 989,15 min ABŞ dolları təşkil edib.

"APA-Economics"in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 28,01% azalıb.

Bu ilin 5 ayında idxal əməliyyatları 4 mlrd. 67 mln. 754,15 min dollar olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15,91% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 5 mlrd. 282 mln. 235 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 44,28% azdır.

Nəticədə 1 mlrd. 214 mln. 480,85 min dollar müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR